Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Konqoda Ebola virusu sürətlə yayılır

Konqonun şərqində yerləşən İturi əyalətində Ebola virusu sürətli şəkildə yayılmaqdadır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sərhədsiz Həkimlər” beynəlxalq təşkilatının əməliyyatlar üzrə direktor müavini Alan Qonsales bildirib.
Onun sözlərinə görə, epidemiya elan olunduqdan cəmi iki həftə sonra bu qədər çox yoluxma halının qeydə alınması əvvəlki Ebola epidemiyalarında müşahidə edilməyib.
Qeyd edib ki, hər gün yeni şübhəli yoluxma halları aşkarlanır, lakin yüzlərlə nümunə hələ də laboratoriyada yoxlanılmayıb.
Sərhədlərin və hava limanlarının bağlanması isə tibbi ləvazimatların, humanitar yardımın və mütəxəssislərin bölgəyə çatdırılmasını gecikdirir.
Xatırladaq ki, Konqo hakimiyyəti mayın 15-də Ebola epidemiyası elan edib. İndiyədək ölkədə 1000-dən çox şübhəli yoluxma və təxminən 240 şübhəli ölüm halı qeydə alınıb.























































