Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
Peşəkarlıq, məsuliyyət və sədaqət nümunəsi – Elşad Hacıyev
Doğum günü təbriki...
Hörmətli Elşad Hacıyev!
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi kimi həyata keçirdiyiniz uğurlu fəaliyyət, informasiya siyasətinin operativ, dəqiq və obyektiv şəkildə ictimaiyyətə çatdırılması istiqamətində göstərdiyiniz peşəkarlıq yüksək qiymətləndirilir. Dövlət maraqlarının qorunması, cəmiyyətin düzgün məlumatlandırılması və media ilə səmərəli əməkdaşlığın inkişafı sahəsində gördüyünüz işlər təqdirəlayiqdir.
Siz öz peşəkarlığınız, məsuliyyətiniz, yüksək təşkilatçılıq bacarığınız və dövlətçiliyə sadiqliyinizlə nümunə göstərilən rəhbərlərdən birisiniz. Həyata keçirdiyiniz fəaliyyət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun rəhbərliyi ilə ölkəmizdə aparılan hüquq-mühafizə və dövlət quruculuğu siyasətinin uğurla həyata keçirilməsinə öz töhfəsini verir.
Əminik ki, bundan sonra da Vətənə, dövlətə və xalqa şərəflə xidmət edəcək, peşəkar fəaliyyətinizlə yeni nailiyyətlər qazanacaqsınız.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailənizə xoşbəxtlik, işlərinizdə bol uğurlar, həyatınıza sevinc və bərəkət arzulayırıq. Qoy bütün arzularınız gerçəkləşsin, hər yeni yaş Sizə daha böyük nailiyyətlər və xoş günlər bəxş etsin.
Doğum gününüz mübarək olsun, hörmətli Elşad Hacıyev! Sizə sağlam, mənalı və uğurlarla dolu bir ömür arzulayırıq.
Hörmətlə,
Redaksiyasının kollektivi adından






















































