Xəbər Lenti
Dün, 10:54
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
Dün, 10:13
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
6-07-2025, 21:24
Şəhid Milli Qəhrəmanın ailəsinə qarşı ədalətsizlik iddiası: Füzuli RİH və “Azərşəkər” MMC nümayəndəsi torpaq sahəsini necə mənimsəyib?
6-07-2025, 11:50
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi vətəndaşlar tərəfindən çox yüksək qiymətləndirilir
5-07-2025, 09:03
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
5-07-2025, 08:49
Şərqin və Qərbin körpüsü: Azərbaycanın diplomatik tarazlıq strategiyası və sülhə baxış
“Şuşa fatehi” kitabının təqdimatı oldu
Respublika Gənclər Kitabxanasında Moskvada yaşayan soydaşımız, yazıçı-publisist Ulduz Qasımın son zamanlarda çapdan çıxmış üç kitabının - "Qarabağda qiyamət", "Ağ göyərçinlər" və "Qaçaq Aslan" əsərlərinin təqdimat mərasimi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, kitabxananın direktoru Aslan Cəfərov öz çıxışında vətənpərvər xanım Ulduz Qasımın yaradıcılığında Qarabağ mövzusunun aparıcı xətt olduğunu, bu mövzuda qələmə aldığı əsərlərin gələcək nəsillər üçün müstəsna dəyərini, tarixi əhəmiyyətini qeyd edib.
Tədbirdə “Xalq qəzeti”nin baş redaktorunun müavini, əməkdar jurnalist Tahir Aydınoğlu vurğulayıb ki, əsərdə şəhid Fərid Ələkbərovun əfsanəvi qəhrəmanlığı əhatəli təsvir olunub.
Qeyd edək ki, F.Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunması", "İgidliyə görə" medalları ilə təltif edilib. Bütün bunlar barədə Ulduz Qasım romanda böyük sevgi və öyünclə söz açıb.
Ulduz Qasım Bakıda olduğu günlərdə Şuşa fatehi Fərid Ələkbərovun ailəsi ilə görüşüb geniş material toplayacağını və şəhid qəhrəman barədə ayrıca kitab yazacağını da söyləyib.
Tədbirin sonunda müəllif kitablarını imzalayaraq, ilk nüsxələrini şəhid Fərid Ələkbərovun anası Şukufə Hüseynovaya və digər qonaqlara təqdim edib.