Xəbər Lenti
Dün, 08:08
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Dün, 07:51
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
8-07-2025, 09:30
Paşinyan keşişlərə qarşı hərəkatı öz üzərinə götürdü: "Kilsə əxlaqsız qrup tərəfindən ələ keçirilib"
7-07-2025, 12:48
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
7-07-2025, 10:54
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
7-07-2025, 10:42
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
7-07-2025, 10:13
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
6-07-2025, 21:24
Şəhid Milli Qəhrəmanın ailəsinə qarşı ədalətsizlik iddiası: Füzuli RİH və “Azərşəkər” MMC nümayəndəsi torpaq sahəsini necə mənimsəyib?
6-07-2025, 11:50
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi vətəndaşlar tərəfindən çox yüksək qiymətləndirilir
Göyçayda Mətbuat günü münasibətilə Şəhidlər xiyabanı ziyarət olundu.
Birinci, ikinci Qarabağ müharibəsi, müstəqilik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları önünə tər qərənfillər düzərək, ruhları dərin ehtiramla yad olunub.
Şəhidlər bulağı kompleksinin önündə Milli Mətbuatın yaranmasının 147 ci ildönümü münasibətilə mətbuat nümayəndələrini təbrik edən jurnalist, hüquqşünas Anar Nağıyev qələm sahibləri, mətbuat nümayəndələri, jurnalistlərin cəmiyyətdə fəaliyyəti , dördüncü hakimiyyətin rolu mövzusuna diqqət yetirərək, 44 gün Vətən Müharibəsi zamanı Göyçay mətbuatının tarixi günləri, gündəlik baş verən hadisələri işıqlandırmasınln əhəmiyyətindən məlumat verdi.A. Nağıyev şəhidlərin heç vaxt unudulmayacağını, ziyarət yerimiz olan məkanlarımızın daim yad olunmasını, Şəhid ailələrinin, Qazilərimiz yanında olmağının vacibliyini bildirdi.
Şəhid ailələrinə Qayğı cəmiyyətinin Göyçay rayon təşkilatının sədri Eldəniz Rüstəmov Dövlətimizin şəhid ailələrinə göstərilən qayğı, dəstək barədə danışaraq, daimi şəhid ailələrinə, Qarabağ qazilərinə müharibə vetranlarına diqqətdə göstərilməli olduğunu bildirdi.
Tarixçi, araşdırmaçı, AYB, AJB in üzvü, Prezident təqaüdçüsü, Xocalı tanıtım ictimai birliyinin Şirvan regionu üzrə kordinatoru, Azərbaycan Türk xalqları Qardaşlıq ictimai birliyinin Göyçay şöbəsinin sədri, Göyçay şəhər 7 saylı tam orta məktəbin direktor müavini Aqil Kəngərli milli mətbuatın yaranması, mətbuatın inkişafı və bu günü barədə geniş məlumat verdi. A. Kəngərli mətbuat günü ərəfəsində yazarların məhz şəhidlər xiyabanını ziyarətdən başlanması və bu məkanda görüşün keçirilməsinin böyük əhəmiyyətindən söz açaraq, vaxtı ilə tarix dərsi dediyim şagirdlərin Vətən müharibəsi zamanı tarix yazdıqlarını qeyd etdi.
İctimai fəal Kəmalə Məmmədova mətbuat gününün Şəhid ziyarətindən başlanması və şəhidlər xiyabanında tədbirin keçirilməsini alqışladı. K. Məmmədova çıxışının sonunda Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzuladı.
Qeyd edək ki, Göyçay şəhər Əli Kərim parkında yazıçı və şairlərimiz Əli Kərim, İsgəndər Coşqun, Əli Səmədin məzarları ziyarət edilib, ruhları dərin ehtiramla yad olunub.