Xəbər Lenti
Dün, 14:35
Samuxda torpaq qalmaqalı – “6500 dollara aldığım torpaq başqasına satılıb”/ İDDİA-VİDEO FAKT
25-08-2025, 16:58
DYP avtomobillərin sənədləşdirilməsi üzrə müfəttiş polis mayoru Eldar İbrahimov – “ Peşəkarlığın və səmimiyyətin vəhdəti”
23-08-2025, 09:00
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlimləri bitirən müdavimlərə sertifikat təqdim olunub
Şabranda yanğını söndürmək istəyən kəndlilər təhlükə ilə üzləşdi
Xəbər verdiyimiz kimi, Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə yanğınlar başlayıb.
Yanğınlar çətin relyefli bölgələrdə olduğu üçün hələ də söndürülməyib. Həmçinin havanın isti və küləkli olması yanğın ocaqlarının tam söndürülməsinə mane olur.
Şabranda isə yanğının qarşısını almaq üçün çalışan kəndlilər təhlükə ilə üzləşib. Belə ki, “Ecofront” səhifəsi canlı yayımda olarkən Zeyvə kəndinə doğru hərəkət edən yanğın daha da alovlanaraq kəndlilərə doğru hərəkət edib.
Hadisədən xəsarət alan olmayıb.
Həmin anlar isə anbaan görüntülənib:
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin son məlumatlarına görə, yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-ə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.
Yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları iştirak edir. Həmçinin, yanğınsöndürmə əməliyyatlarına “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları da cəlb edilib.