Xəbər Lenti
Bugün, 09:59
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
Bugün, 09:47
Baş nazir: “Bakı və Ankaranın birgə layihələri Avropa ilə Asiya arasında dəhlizin yaradılmasında rol oynayır”
7-05-2024, 10:25
Prezident İlham Əliyevin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü başlayıb
7-05-2024, 10:21
Prezident İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi 2022-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 4-də əlavə imtahan keçirəcək.
DİM-dən verilən məlumata görə, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunacaq.
Bu imtahanlarda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.