Xəbər Lenti
24-07-2026, 10:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
23-07-2026, 15:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 19:16
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 12:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
22-07-2026, 11:21
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
22-07-2026, 08:00
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
21-07-2026, 20:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 11:10
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
Bu yolda sürət həddi dəyişdirildi, sürücülər narazılıq edir

Bakı-Ələt-Qazax magistral yolunun Qaradağ rayonunun Sahil qəsəbəsindən keçən hissəsində sürət həddi dəyişdirilib.
“Qaradağ market”in qarşısında əvvəllər saatda 90 kilometr olan sürət həddi 70-ə endirilib. Sürücülər sürət həddinin texniki qurğuya – radara az qalmış bu formada dəyişdirilməsinin doğru olmadığını bildiriərək etiraz edirlər.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan ərazidəki iaşə obyektlərinin qarşısında bir neçə dəfə yol-nəqliyyat hadisəsinin baş verməsi əsas gətirilərək sürət həddinin azaldılması ilə bağlı vətəndaşların müraciətləri daxil olub: “Ərazidə sürət həddinin azaldılması ilə ağır yol-nəqliyyat hadisələrinin baş vermə riskinin azalması nəzərə alınaraq tərəfimizdən müvafiq təklifə müsbət rəy verilib və Bakı Nəqliyyat Agentliyi tərəfindən mövcud yol nişanı quraşdırılıb”.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, radara 150-1000 metr qalmış sürət həddini bildirən yol nişanı quraşdırıla bilər.
***
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev sorğusuya cavab olaraq bildirib ki, Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 30 km-də Qaradağ rayonu ərazisində keçən hissədə sürət həddi Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Nəqliyyat Agentliyinə 27 sentyabr 2022-ci il tarixli müraciəti əsasən dəyişdirilib:
“Müraciətdə bildirilib ki, həmin ərazi müayinə olunub. Əsas yolda hərəkət intensivliyini və qeyri-yaşayış obyektlərinə gələn vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə maksimal sürət həddinin 90 km/saat-dan 70 km/saata endirilməsi məqsədə müvafiq hesab edilib”.























































