ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, görüş zamanı, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasından irəli gələn məsələlər, ətraf mühitin qorunması sahəsində mümkün əməkdaşlıq perspektivləri, ölkəmizin konvensiya çərçivəsində təşəbbüsləri müzakirə olunub.
C.Bayramov Azərbaycan tərəfindən ətraf mühitin qorunması və bərpası sahəsində təsdiqlənmiş bir sıra dövlət proqramlarının icrası istiqamətində ölkəmizin BMT-nin bir sıra qurumları ilə aktiv əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Ölkəmizin bu sahədə ənənəvi enerji mənbələrindən alternativ enerjiyə keçid istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda, ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun özündə bərpaolunan enerji istehsalında əməkdaşlığı nəzərdə tutmasının bu sahənin təşviqində mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.























































