“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
DMHİ Rəyasət Heyətinin iclası keçirilib
Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı (DMHİ) Rəyasət Heyətinin iclası keçirilib.
İclasda İttifaqın sədri Vaqif Bədəlov dəmir yolunda həyata keçirilən yeniliklər, görülən işlərə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının əməli dəstəyi və eyni zamanda qarşıda duran vəzifələr haqqında danışıb.
Bildirib ki, 2023-cü ilin yekunlarına görə, DMHİ-nin təqdimatı ilə ADY QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin baş iqtisadçısı Rəşad Ağayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin qərarı ilə təsis edilmiş “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.
Vaqif Bədəlov Rəşad Ağayevə AHİK-in “İlin peşəkar gənci” diplomunu, döş nişanını və mükafatını təqdim edib, qalibə gələcək həyatında uğurlar arzulayıb.
Sonra gündəlikdə duran digər məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.