Xəbər Lenti
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
26 Şub 01:35Cəmiyyət
“ASAN xidmət” təcrübəsi İslam İnkişaf Bankına üzv ölkələrdə
Bakıda səfərdə olan İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, agentliyin sədri Ülvi Mehdiyev ilə keçirilən görüş çərçivəsində “ASAN xidmət” təcrübəsinin Mərkəzi Asiya ölkələrində tətbiqi istiqamətində İİB ilə davam edən uğurlu əməkdaşlıq üzrə müzakirələr aparılıb.
Sonra Dövlət Agentliyi ilə İslam İnkişaf Bankı arasında “Azərbaycan Respublikasının “ASAN xidmət” təcrübəsindən faydalanaraq, İslam İnkişaf Bankına üzv ölkələrdə dövlət xidmətləri göstərilməsinin gücləndirilməsinə dair əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi “ASAN xidmət” təcrübəsini tətbiq etmək istəyən İslam İnkişaf Bankına üzv ölkələrə dəstək olmaqdır. Belə ki, müvafiq ölkələrin bu istiqamətdə maliyyə xərcləri məhz İslam İnkişaf Bankı tərəfindən qarşılanacaq.
Qonaq “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “Bilim Bakı” mərkəzinin fəaliyyəti, Səyyar ASAN xidmət avtobusu ilə də yerində tanış olub.