Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

04 Şub 21:06Cəmiyyət

FAO: Ərzaq sistemlərinin islahatlarında nailiyyətlər müzakirə olunacaq

İyulun 24-26-da Romada, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mənzil-qərargahında ərzaq sistemlərinin islahatları üzrə yüksək səviyyəli görüş keçiriləcək.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, görüş iştirakçıları ərzaq sistemlərinin təkmilləşdirilməsi sahəsində görülmüş işin nəticələrini dəyərləndirəcəklər.

Bu forum Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında Baş Assambleyanın 76-cı sessiyası çərçivəsində təşkil olunan ərzaq sistemləri üzrə sammitdən sonra birinci görüş olacaq. O vaxt həmin forumda dünyanın 193 ölkəsindən 50 mindən çox insan, o cümlədən 77 ölkə və hökumət başçısı iştirak edib.

Bundan əvvəlki görüşün yekunlarına əsasən, dövlətlər yeni ekoloji təhlükəsiz ərzaq sistemləri yaradılmasını və sağlam qidanın daha əlçatan olmasını vəd ediblər. 2021-ci ilin iyulunda Romada hazırlıq forumu keçirilib.

BMT sisteminin bir neçə idarəsi tərəfindən təşkil olunan forumda ölkələrə son iki il ərzində görülən işlər və əldə olunan uğurlar, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verilən töhfə barədə hesabat təqdim etmək fürsəti yaradılacaq. BMT-də qeyd edirlər ki, zirvə görüşünün keçirildiyi 2021-ci ildən bəri qlobal vəziyyət qismən dəyişib.

Dünyada əhalinin sayı bu yaxınlarda 10 milyarda çatıb və artmaqda davam edir. Planetin bütün sakinlərinə ərzaq çatmasından ötrü ərzağın istehsal həcmini sadəcə artırmaq kifayət etmir. Yoxsulluğun azaldılması, biomüxtəlifliyin qorunub saxlanması və iqlim dəyişikliklərinin fəsadlarının yumşaldılması kimi digər mühüm məsələləri həll etmək və gəncləri də bu məsələyə cəlb etmək lazımdır.