Xəbər Lenti
Dün, 19:04
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Dün, 15:51
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Dün, 09:39
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
6-05-2026, 14:45
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
5-05-2026, 08:40
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
05 Şub 21:22Cəmiyyət
Dövlət Məşğulluq Agentliyi ISO 37001:2016 beynəlxalq sertifikatına layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə ISO Təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikat təqdim edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sertifikat agentlikdə antikorrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sisteminə uyğunluğun təmin edilməsini təsdiq edir. “ISO 37001” özündə dünyada formalaşmış ən yaxşı praktikanı ehtiva edir və idarəetmədə şəffaflığın artırılmasına zəmin formalaşdırır.
Sertifikatın təqdim edilməsi tədbirində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentliyin əsas dəyərlərindən birinin şəffaflığın təminatı olduğunu, ISO standartlarının tətbiqinin agentliyin bu sahədə işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verdiyini vurğulayıb.
O, məşğulluq sahəsində aparılan islahatlar, rəqəmsal məşğulluğun formalaşdırılması istiqamətində əldə olunan uğurlar, gələcək hədəflər barədə məlumat verib.
"Caucasus Consulting Group of Companies" MMC-nin nümayəndələri son illər agentlikdə həyata keçirilən islahatları yüksək qiymətləndirərək bildiriblər ki, sertifikasiya işləri çərçivəsində İsveçrənin “Swiss Approval” beynəlxalq şirkəti tərəfindən ilkin audit keçirilib. Agentliyin fəaliyyətində müvafiq uyğunluğun olduğu nəzərə alınaraq ISO 37001:2016 beynəlxalq sertifikata layiq görülüb.
Qeyd edilib ki, agentlikdə korrupsiya hüquqpozmalarının qarşısının alınması, fəaliyyətdə şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarını istisna edən şəraitin yaradılması üçün ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi”nin tələblərinə uyğun olaraq mütəmadi işlər aparılıb. Nazirliyin Antikorrupsiya sisteminə nəzarət Şurasının Qərarı ilə şəffaflıq siyasəti üzrə sənədlər qəbul edilib və ictimaiyyətə açıqlanıb.
"Caucasus Consulting Group of Companies" MMC-nin direktoru Nigar Atabəyli ISO sertifikatını M.Abbasbəyliyə təqdim edib.
Bundan əvvəl agentliyin Bakı Peşə Hazırlığı Mərkəzinə də ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (Əməyin təhlükəsizliyi sistemi) standartları üzrə beynəlxalq ISO sertifikatları təqdim edilib. Mərkəz ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır