Menu
Xəbər Lenti
Bu gün millimizin oyunu var
13-11-2026, 07:04

Bu gün millimizin oyunu var

“Azeri Light” ucuzlaşdı
11-11-2026, 07:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 07:17

Pezeşkian Türkiyəyə gedir

11 Ağu 06:59Dünya

Şimali Koreya pandemiyanın başlamasından bəri ilk dəfə sərhədləri qismən aça bilər





Şimali Koreya tezliklə sərhədlərini qismən aça və 2020-ci ildə koronavirus pandemiyasının başlanmasından bəri ölkə xaricində olan vətəndaşlarının ölkəyə girişinə icazə verə bilər.

Bu barədə Pekində yerləşən “Koryo Tours” turizm agentliyi məlumat yayıb.

“Avqustun 10-da “Koryo Tours” KXDR-in tezliklə sərhədlərini açacağı barədə məlumat alıb. Bu, COVID-19-un yayılmasının qarşısını almaq üçün 2020-ci ilin yanvarında bağlandıqdan sonra ilk dəfə olacaq. Heç bir rəsmi tarix verilməyib.Lakin Şimali Koreyanın bir neçə mənbəsinin hesabatlarına əsaslanan ümumi konsensus bunun tezliklə baş verəcəyini göstərir”- məlumatda vurğulanıb.

Qeyd olunub ki, ilk mərhələdə sərhədlərin açılması yalnız KXDR vətəndaşlarına təsir edəcək. Şimali Koreya ilə beynəlxalq uçuşlar hələ də dayandırılıb. Agentlik yazıb ki, sərhədlərin mümkün açılmasından sonra KXDR vətəndaşlarının vətənlərinə qatarla qayıda biləcəkləri gözlənilir.