Ermənistanda oyun qarışır: Kilsə-müxalifət tandemi fiaskoya uğrayacaq? - “Kaspi”nin TƏHLİLİ
Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
ABŞ, Cənubi Koreya və Yaponiya Rusiya ilə KXDR arasında əməkdaşlıqdan narahatdır
ABŞ, Cənubi Koreya və Yaponiyanın milli təhlükəsizlik müşavirləri Koreya Xalq Demokratik Respublikası (KXDR, Şimali Koreya) və Rusiya tərəfindən beynəlxalq sanksiyaların mümkün pozulması ilə bağlı birgə sərt xəbərdarlıq ediblər.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Milli təhlükəsizlik müşavirləri telefon danışığı zamanı Şimali Koreya-Rusiya sammitini və regional təhlükəsizliyi müzakirə etmək üçün toplaşıblar.
Danışıqlar zamanı qeyd edilib ki, həm Şimali Koreya, həm də Rusiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və sanksiyalarına, xüsusən də silah ticarəti və hərbi əməkdaşlıqla bağlı qərarlara əməl etməyə borcludurlar. Müşavirlər vurğulayıblar ki, əgər hər hansı bir ölkə bu öhdəlikləri pozarsa, “konkret nəticələr”lə üzləşəcək.
Bundan əlavə, Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiyanın qətnamələrinə əməl etmək üçün böyük məsuliyyət daşıdığı diqqətə çatdırılıb.
Bildirilib ki, hər üç ölkə beynəlxalq ictimaiyyətin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Rusiya və Şimali Koreya liderləri Vladimir Putin və Kim Çen In arasında hərbi əməkdaşlıq, o cümlədən qitələrarası ballistik raketlərin tərtibatı ilə bağlı mövzuların yer aldığı müzakirələrdən ciddi narahatlığını ifadə edib.