Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
02 Kas 07:57Dünya
Ərdoğan Qazaxıstana gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə toplantısında iştirak etmək üçün bu gün Qazaxıstana gedəcək.
Bu barədə Türkiyə Prezident Administarsiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ərdoğan noyabrın 2-3-də Astanada “Türk Dövrü” mövzusunda keçiriləcək zirvə toplantısına iştirak edəcək.
Təşkilatın sədrliyinin Özbəkistandan Qazaxıstana keçəcəyi zirvədə liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səyləri müzakirə edəcəklər.
Həmçinin, Ərdoğanın noyabrın 3-də liderlərin aktual qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparacaqları zirvədə çıxış edəcəyi və türk dövlətləri liderləri ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.