Menu
Xəbər Lenti
Dilan Polat yenidən ana olur
23-02-2026, 05:18

Dilan Polat yenidən ana olur

Şamaxıda zəlzələ olub
22-02-2026, 09:05

Şamaxıda zəlzələ olub

03 Ara 02:51Dünya

Kolumbiyada COVID-19 səbəbindən maska taxmaq məcburi qayda kimi tətbiq edilir

Kolumbiyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19-a yoluxanların sayının artmasını nəzərə alaraq maska taxmağı məcburi qayda kimi yenidən tətbiq etdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Kolumbiyanın səhiyyə naziri Karolina Korço açıq və qapalı yerlərdə iki yaşdan yuxarı olanlar üçün maska taxmağın məcburi olduğunu bildirib. Kolumbiyada indiyədək tibb mərkəzlərində maskadan istifadə olunurdu.

Səhiyyə Nazirliyinin məlumatına görə, Kolumbiyada ötən həftə 2112 nəfər COVID-19-a yoluxub, halbuki noyabrın əvvəlində bu göstərici həftəlik 600-700 olub.