Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Bugün, 08:30

Neftimiz bahalaşdı

Yenidən trilyonçu oldu
6-10-2026, 13:11

Yenidən trilyonçu oldu

23 Şub 07:00Dünya

Türkiyədə dəhşətli zəlzələdə ölənlərin sayı 43 min 556-ya çatıb

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 43 min 556-ya yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.