Xəbər Lenti
23-11-2026, 07:48
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
07 Mrt 03:15Dünya
İranın 12 vilayətində daha 500-ə yaxın tələbə zəhərlənib

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, 3 aydan çoxdur kütləvi zəhərlənmə hallarının müşahidə olunduğu İranda adətən qız məktəblərində bu gün yüzlərlə şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
İran mətbuatında əks olunan xəbərə görə, 12 əyalətdə müxtəlif məktəblərdə 500-ə yaxın şagirddə ürəkbulanma, halsızlıq və başgicəllənmə kimi zəhərlənmə əlamətləri müşahidə edilib.
Ən çox zəhərlənmə hadisəsi 138 nəfərlə Kohgiluyeh və Alıcı Əhməd əyalətlərində qeydə alınıb. Bundan əlavə, İsfahan, Gilan, Gülüstan, Rezevi Xorasan, Loristan, Həmədan, Fars, Kürdüstan, Xuzistan, Qəzvin və Mazandaran əyalətlərində bir çox tələbə zəhərlənmə əlamətləri ilə müalicə olunub.
Zəhərlənən tələbələrin əksəriyyətinin evə buraxıldığı, müalicəsini davam etdirənlərin vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, onlarla təhsil ocaqlarında qızların naməlum maddədən kütləvi zəhərlənməsinin əsl səbəbləri hələ də tam müəyyənləşdirilməyib. İranın dövlət nümayəndələri bunu “İslam inqilabı düşmənlərinin” törətdiyini bildirir, sosial fəallar isə hakimiyyəti ittiham edirlər. Sonuncular vurğulayırlar ki, yüzlərlə tələbə qızın qəsdən zəhərlənməsi qızların təhsil almasını istəməyən ifrat islamçı qrupların əməlidir.