Xəbər Lenti
Dün, 08:53
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
15-05-2024, 09:16
Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”
14-05-2024, 08:38
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14-05-2024, 08:35
Salam verəndə də siqnal, söyüş söyəndə də: Yolların həsrət qaldığı sürücü mədəniyyəti
13-05-2024, 11:18
Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “DÜNYAMIZI YAŞILLAŞDIRAQ” mövzusunda konfrans keçirilib
26 Eyl 17:03Gündəm
"Zəngəzur dəhlizi İrandan keçə bilər" - Ərdoğan
“Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin (Zəngəzur dəhlizi – red.) reallaşması strateji məsələdir və mütləqdir".
Bunu Naxçıvana səfərdən geri dönərkən jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Zəngəzur dəhlizindən danışan Ərdoğan qeyd edib ki, bu güclü bağ sayəsində bir çox məsələdə qət olunan məsafə daha da artırılacaq: "Bu dəhliz açıldıqdan sonra Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik.
Əgər, Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər", - deyə o qeyd edib.