Menu
Xəbər Lenti
Aktrisalığa qayıda bilər
22-08-2026, 10:52

Aktrisalığa qayıda bilər

Sabah 36 dərəcə isti olacaq
20-08-2026, 10:55

Sabah 36 dərəcə isti olacaq

28 Ekm 16:29Gündəm

İlham Əliyev Tokayevə başsağlığı verdi

İlham Əliyev Tokayevə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.
Başsağlığında deyilir:
"Hörmətli Kasım-Jomart Kemeleviç.
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"