Menu
Xəbər Lenti
“Azeri Light” bahalaşdı
18-07-2025, 09:19

“Azeri Light” bahalaşdı

Liderlər Füzulidədir
17-07-2025, 09:22

Liderlər Füzulidədir

Neftimiz ucuzlaşdı
17-07-2025, 08:46

Neftimiz ucuzlaşdı

Pınar Kür vəfat etdi
16-07-2025, 09:59

Pınar Kür vəfat etdi

Bu yollarda sıxlıq var
15-07-2025, 09:59

Bu yollarda sıxlıq var

04 Tem 13:56Gündəm / Dünya

Rəsmi Ankaradan Demiralın “bozqurd” işarəsinə - Reaksiya

 

Xəbər verdiyimiz kimi, UEFA ötən gün AÇ-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə-Avstriya matçında “bozqurd” işarəsi göstərən Merih Demirala qarşı intizam işi açıb.

“Qafqazinfo”nun məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq futbolçuya qarşı bu davranışın qəbuledilməz olduğunu bildirib:

“Almaniya Federal Konstitusiyanın Müdafiəsi Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda vurğulanır ki, “bozqurd” işarəsini edən hər kəs ifrat sağçı ekstremist kimi təsvir edilə bilməz və “bozqurd” işarəsi Almaniyada qadağan olunmuş simvol deyil. Dəmirala alman səlahiyyətliləri tərəfindən göstərilən reaksiyalar özlərində xarici düşmənçilik ehtiva edir. Biz qol sevincinin qeyd edilməsi zamanı tarixi və mədəni simvoldan heç kimi hədəf almayan şəkildə istifadə edilməsinə qarşı siyasi motivli reaksiyaları pisləyirik”.

Qeyd edək ki, Almaniyanın daxili işlər naziri Nensi Faeser AÇ-nin Türkiyə və Avstriya matçında Merih Dəmiralın qol sevincini qeyd etməsini hədəf alaraq UEFA-dan sanksiya tələb etmişdi.