Menu
Xəbər Lenti
04 Tem 14:10Gündəm / Sosial

Evi sökülən vətəndaş günlərdir niyə küçədə yaşayır?

evi-sokulen-vetendas-gunlerdir-niye-kucede-yasayir

Bir neçə gün öncə gecə saatlarında Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında söküntü işlərinin aparılması və orada yaşayan Afət Quliyevanın evindən zorla çıxarılması ilə bağlı xəbər vermişdik.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Afət Quliyeva hadisədən sonra günlərdir ki, küçədə yaşayır. Hər gün hissə-hissə yararsız hala düşmüş əşyalarını dağıntılar altından çıxarır.

Məsələ ilə bağlı ərazidə söküntü işlərini aparan “İbrahim Q” MTK-nın vəkili Yavər Yavərzadə ilə əlaqə saxladıq. Şirkət nümayəndəsi A.Quliyevanın hadisədən sonra yaşayış yeri ilə təmin edilib-edilmədiyi haqda sualımıza belə cavab verdi: “Bununla bağlı vəziyyət tam başqadır. Bəli, həmin şəxsin mənzilinə zərər yetirilib. Bununla bağlı hüquq-mühafizə orqanlarında iş aparılır. Lakin həmin mənzilə zərər yetirilən vaxtdan həmin şəxsə müvəqqəti yaşayış üçün kirayə mənzil tutulub. Həmin mənzilin biraylıq dəyəri də ödənilib”.

Y.Yavərzadənin sözlərinə görə, vətəndaşın sahib olduğu 13,5 kv metr sahənin əvəzinə ona iki alternativ təklif irəli sürülüb - ya bu sahənin yerinə həmin ərazidə 50 kv metr təmirli mənzil və bu mənzil ona təhvil verilənə qədər kirayəpulu, ya da sahib olduğu mənzil və ona dəymiş zərər nəzərə alınaraq 100 min manat pul təklifi.

Lamiyə Məmmədova