Menu
Xəbər Lenti
SALAM, DAĞ QARDAŞLARI!
29-04-2026, 13:54

SALAM, DAĞ QARDAŞLARI!

Bu qidalar enerji mənbəyidir
29-04-2026, 06:25

Bu qidalar enerji mənbəyidir

Bu ərazilərdə qaz olmayacaq
29-04-2026, 06:00

Bu ərazilərdə qaz olmayacaq

21 Ekm 08:28Gündəm / Manşet / Hadisə

7 yaşlı oğlu ilə sükan arxasına keçdi - Uşaq öldü, öz vəziyyəti ağırdır

7-yasli-oglu-ile-sukan-arxasina-kecdi

Oktyabrın 20-si saat 12 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində faciəvi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəsəbə sakini 1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov yaşadığı evin həyətində avtomobili divara vurub.

Belə ki, o, qucağında 2018-ci il təvəllüdlü oğlu Usamə ilə “BMW” markalı, 77 KV 548 qeydiyyat nişanlı avtomobilə oturub yaşadığı evin həyətində idarə edib. Bu zaman uşaq sürüşərək sürət pedalına sıxılıb. Qəfil sürətlənən avtomobil hasara çırpılaraq dayanıb.
Nəticədə azyaşlı U.Süleymanlı hadisə yerində ölüb. Atası isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Aslan Vəliyev