Xəbər Lenti
Bugün, 07:52
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Dün, 18:29
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
13-11-2026, 07:17
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
12-11-2026, 15:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Narin boğularaq öldürülübmüş…

Türkiyənin Diyarbəkir şəhərində itkin düşdükdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın ölüm səbəbi bilinib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
İstanbul Məhkəmə Tibb Ekspertizanın müayinəsindən sonra onun boğularaq öldürüldüyü müəyyən edilib.
Qurum yekun nəticələri tamamlandıqdan sonra məhkəmə orqanlarına göndərəcək. Həmçinin bioloji ekspertiza zamanı Narinin bədənində DNT izi aşkar edilməyib.
Qeyd olunub ki, bundan başqa azyaşlının ölümü ilə bağlı həbs olunanların sayı 12-yə çatıb.























































