Xəbər Lenti
25-05-2023, 19:48
Zəngəzur dəhlizi beynəlxalq dəmir yol marşrutlarının bir hissəsinə çevriləcək - Prezident
24-05-2023, 08:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistan XİN rəhbərinin müavininin yalanlarından danışıb
23-05-2023, 08:12
Əsas vəzifələrdən biri yeni konstitusiyanın hazırlanması və qəbul edilməsidir - Ərdoğan
Dağlıq ərazidə yıxılan şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndi ərazisində 1 nəfərin dağlıq ərazidə yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Şimal-qerb Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Qəbələ rayon sakini 1985-ci il təvəllüdlü Nazim İsakov mürəkkəb relyefli dağlıq ərazidə yüksəklikdən yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təhlükəli vəziyyətə düşüb.
Əvvəlcə, xəsarət almış şəxsə xilasedicilər tərəfindən ilkin yardım göstərilib, o cümlədən sınmış qoluna şina qoyulub.
Daha sonra mərkəzin xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı sayəsində N.İsakov çətin keçidli relyefə malik dağlıq ərazidən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.