Xəbər Lenti
Bugün, 15:44
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
25 Eyl 06:17İqtisadiyyat
Rusiya Mərkəzi Bankı min və 5 min rubl nominalında yeni əskinasları təqdim edəcək

Rusiya Bankı 2023-cü ilin oktyabrında min və 5 min rubl nominalında modernləşdirilmiş əskinasları təqdim etməyi planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə "İzvestiya" qəzetinə müsahibəsində Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini Sergey Belov deyib.
“Biz onu oktyabrda təqdim etməyi planlaşdırırıq. Ənənəyə uyğun olaraq, Qoznakla birgə mətbuat konfransı keçirəcəyik. Əskinaslar müasirdir - dünya tendensiyaları ruhunda”, - Belov bildirib.
Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini qeyd edib ki, yenilənmiş 100 rublla müqayisədə min və 5 min rublluq əskinaslarda daha çox təhlükəsizlik elementləri olacaq.
“Bu, ümumi prinsipdir - nominal nə qədər yüksək olsa, təhlükəsizlik kompleksi bir o qədər mürəkkəbdir”, - o vurğulayıb.























































