Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
“Energetika haqqında” qanun layihəsi qəbul edildi

Milli Məclis bu gün keçirilən plenar iclasında “Energetika haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.
Qeyd olunub ki, layihənin məqsədi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarının, habelə enerji təhlükəsizliyinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, davamlı iqtisadi inkişafın dəstəklənməsi, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsi mexanizmlərinin müəyyən edilməsindən ibarətdir.
Bildirilib ki, qanun layihəsi hazırlanarkən Azərbaycanda bazar iqtisadiyyatının mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri, beynəlxalq təcrübə, o cümlədən Avropa ölkələrinin qanunvericiliyi araşdırılıb və nəzərə alınıb.
Qanun layihəsinə əsasən, Azərbaycanda energetika sahəsinin dayanıqlı inkişafı üzrə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qısamüddətli (5 ilə qədər müddətə), ortamüddətli (5-10 il müddətinə) və uzunmüddətli (10 ildən çox müddətə) dövlət proqramları qəbul edəcək.
Həmçinin, Azərbaycanda energetika sahəsində dövlət siyasətinin 6 əsas prinsipi də müəyyənləşib. Bura energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması, energetika sahəsində ayrı-seçkiliyin yolverilməzliyi, energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı, bu qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması, enerji istehlakçılarının hüquqlarının müdafiəsi, eləcə də energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi daxildir.
Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.























































