Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Gənclər təşkilatları Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı təbirlər keçirib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bir sıra tədbirlər həyata keçirilib.
Ölkəmizdə artıq üçüncü ildir ki, Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan, xalqımızın qürur mənbəyinə çevrilən 8 noyabr Zəfər Günü kimi qeyd edilir. Hər il ölkə gəncləri və gənclər təşkilatları tərəfindən bu tarixi gün ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilib. Belə tədbirlərdən biri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Abbaszadə ilə “Postmünaqişə dövrünün reallıqları – informasiya sahəsində aktiv təmsilçilik” mövzusunda baş tutan görüş olub. Tədbir zamanı Azərbaycanın tarixi qələbəsi, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət, hərbi və diplomatik sahədə əldə edilən nailiyyətlərlə bağlı gənclərlə müzakirələr aparılıb və onların çoxsaylı sualları cavablandırılıb.
Daha sonra Azərbaycan Respublikasının sabiq səfiri Həsən Həsənovla “Tarixi həqiqətlər, Azərbaycanın haqlı mövqeyi və beynəlxalq arenada uğurlu diplomatiyamız” mövzusunda müzakirə xarakterli görüş keçirilib. Qələbəmizin tarixi əhəmiyyəti, xalqımızın bir yumuruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, eyni zamanda beynəlxalq arenada qazanılan uğurlar əsas müzakirə olunan məqamlardan olub.
Qeyd edək ki, tədbirlərin davamı olaraq gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi I Fəxri Xiyabanda, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının məzarları isə İkinci Şəhidlər xiyabanında ziyarət olunaraq əziz xatirələri ehtiramla yad olunub.
Fərid Səfərov
AJB-nin üzvü































































