Xəbər Lenti
15-12-2025, 17:26
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
12-12-2025, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Balakəndə beşotaqlı ev yanıb
Balakəndə beşotaqlı fərdi yaşayış evi yanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi noyabrın 13-dən 14-ə keçən gecə rayonun Meşəşambul kəndində, kənd sakini Nazim Abdulla oğlu Gəncəliyevə məxsus, ümumi sahəsi 160 kvadratmetr olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 130 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.























































