HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Mikayıl Cabbarov: “Azərbaycan SPECA ölkələri ilə ticarət dövriyyəsini artırıb”
“2022-ci ildə Azərbaycan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) əhatə etdiyi ölkələrlə ticarət dövriyyəsinin dəyərini 2021-ci illə müqayisədə 3,6 dəfə artıraraq 1,3 milyard ABŞ dollarına çatdırıb, bu ilin yanvar-oktyabr aylarında isə sözügedən göstərici bir il əvvələ nisbətən 16% çox - 1,2 milyard ABŞ dolları təşkil edib”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda bildirib.
Nazir vurğulayıb ki, Azərbaycanın SPECA ölkələri ilə güclü dostluq və iqtisadi əlaqələri var.
“Getdikcə bir-birimizə daha bağlı olan dünyada yaşayırıq. SPECA regional əməkdaşlığın təşviqinə diqqət yetirir. Azərbaycan digər SPECA ölkələri üçün şərqlə qərb arasında ticarət nöqtəsi rolunu oynayır. Biz transsərhəd əməkdaşlığa diqqət yetiririk”, - deyə o qeyd edib.
Bundan başqa, M.Cabbarov qeyd edib ki, SPECA ölkələri işğaldan azad edilmiş ərazilərdə aktiv fəaliyyət göstərirlər.
“Azərbaycan 30 il suverenliyinin pozulmasından əziyyət çəkib. Hazırda ölkəmiz işğaldan azad edilmiş ərazilərinə investisiya yatırır. SPECA ölkəsi olan Özbəkistan həmin ərazilərdə məktəb inşa edib. Digər ölkələrin də fəaliyyətini yüksək qiymətləndiririk”, - deyə o əlavə edib.
SPECA 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Bu il SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.





















































