“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Bakı şəhəri Sabunçu RPİ-nin rəisi polis polkovniki Cavid Vidadi oğlu Muradov: ZƏFƏR – AZƏRBAYCANIN TARİXƏ HƏKK ETDİYİ ƏBƏDİ QƏHRƏMANLIQ DASTANI!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Siqaretə görə üç nəfəri döyən şəxslərlə bağlı qərar verildi
Bakı Apellyasiya Məhkəməsində üç nəfərin sağlamlığına qəsdən ağır zərər vurmada təqsirləndirilən Ayxan Məmişov, Niyazi Hacıxanov və Əlizamin Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Hacıxanov 7 il 6 ay, A.Məmişov və Ə.Əliyevin hər biri isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Belə ki, təqsirləndirilən şəxslərlə paytaxt sakinləri - İdris Ağabalayev, Yasin Rzayev və Elməddin Sadıqov arasında siqaret üstündə insident baş verib və sonradan bu, davaya çevrilib. Dava zamanı zərərçəkmişlərdən Elməddin Sadıqovun gözünə ağır xəsarət yetirilib və o, görmə qabiliyyətini itirib.
Faktla bağlı polis A.Məmişov, N.Hacıxanov və Ə.Əliyevi saxlayıb.
N.Hacıxanova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə), A.Məmişov və Ə.Əliyevə qarşı isə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.























































