Menu
Xəbər Lenti
Bu gün Aşuradır
Bugün, 08:59

Bu gün Aşuradır

Neftimiz bahalaşdı
3-07-2025, 08:59

Neftimiz bahalaşdı

Azərbaycan polisi and içir
2-07-2025, 13:01

Azərbaycan polisi and içir

09 Ara 14:56Manşet / Cəmiyyət

10-cu sinif şagirdi məktəbdə bıçaqlandı

 

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb.

Məktəbinin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, o, sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyətində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hazırda sözügedən məsələ ilə bağlı araşdırma aparıldığını deyib.