“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
Xankəndi və Xocalıdan silah-sursat tapılıb
Polis əməkdaşları Xankəndi şəhəri və Xocalı rayonu ərazisində silah-sursat aşkarlayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Xankəndi şəhəri ərazisindən bir ədəd pulemyot, 33 ədəd müxtəlif markalı avtomat silahı, iki ədəd tapança, yeddi ədəd tüfəng, 22 ədəd qumbara, 23 ədəd qumbara alışdırıcısı, 10 665 ədəd müxtəlif çaplı patron, iki ədəd optik nişangah, beş ədəd penal dəsti, bir ədəd “Kalaşnikov” pulemyotuna aid sursat, 186 ədəd patron darağı, bir ədəd süngü-bıçaq, 27 ədəd daraq üçün çanta, üç ədəd binokl və dörd ədəd rabitə qurğusu, Xocalı rayonu ərazisindən isə 3 270 ədəd müxtəlif çaplı patron, bir ədəd tank əleyhinə mina, dörd ədəd əl qumbarası, 12 ədəd “RPQ-7” mərmisi və səkkiz ədəd avtomat darağı aşkar olunaraq götürülüb.






















































