Xəbər Lenti
23-06-2026, 15:44
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
23-06-2026, 10:00
Vətənpərvər iş adamı Üzeyir İsmayılov – dövlətə sədaqətin və xeyirxahlığın nümunəsi
22-06-2026, 19:29
Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
Ermənistan baş nazirinin aparat rəhbərinin müavini: “Xalqımızın əsrlər boyu dövləti olmayıb”
“Erməni xalqının əsrlər boyu dövləti olmayıb”.
Bunu Ermənistanın baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan özünün “Facebook” səhifəsində yazıb.
O, Ermənistanın gerbindən Ağrıdağın təsvirini silmək istəmələri ilə bağlı ittihamlara cavab verib.
“Ermənistanın gerbində dünyanın ən hündür dağı Everest təsvir edilsə də reallıq dəyişməyəcək. Dövlət natiqlik və pafosla qurulmaz, Vətəni bayraq yandırmaqla və dikəltməklə xilas etmək olmaz”, - deyə o, bildirib.
Çaxoyan Ermənistanın dövlət rəmzlərində daha diqqətli olmağı tövsiyə edib.
“Onlar xalqın yox, dövlətin simvoludur. Ermənistanın gerbi əsrlər boyu dövlətçiliksiz yaşamış erməni xalqını deyil, Ermənistan Respublikasını simvolizə edir”, - deyə o vurğulayıb.























































