Xəbər Lenti
Dün, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Dün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
Bayden 30 il əvvəl vəfat edən prezidentlə bu yaxınlarda baş tutan görüşündən danışdı
ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Fransa prezidenti Fransua Mitteranla (1996-cı ildə vəfat edib) danışdığını bildirib.
“Mən oturdum və dedim ki, Amerika qayıtdı. Almaniyadan olan Mitteran - Fransadan nəzərdə tuturdum - mənə baxıb soruşdu: “Yaxşı, o, nə qədər vaxtdır qayıdıb?” - deyə ABŞ rəhbəri Las-Veqasda seçicilərlə görüşündə deyib.
Jurnalistlər ehtimal ediblər ki, Bayden Böyük Britaniyada keçirilən G7 sammiti çərçivəsində Fransanın hazırkı rəhbəri Emmanuel Makronla görüşünü nəzərdə tutub.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden əvvəllər də qəribə hərəkətləri ilə gündəm olub. Belə ki, Şimali Karolinada keçirilən tədbirdə Ağ Ev rəhbəri əvvəl görünməz birinin əlini sıxıb, sonra orada olmayan konqresmenlə “şəkil çəkdirib”.
Mənbə: Fox News























































