Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Kəmaləddin Heydərov: “Əhalimiz çox böyük məmnuniyyətlə seçki məntəqələrinə gedirlər”
“Bu gün artıq işğaldan azad edilən rayonlarımızda - Şuşada, Xankəndidə insanlarımız səs verir, onlar Azərbaycanın suverenliyinə, Azərbaycanın inkişafına səs verirlər”.
Oxu.Az xəbər verir ki, bu sözləri 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermədə iştirak edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir qeyd edib ki, artıq Azərbaycan daha böyük inkişaf dövrünə qədəm qoyur.
“Ona görə də əhalimiz çox böyük məmnuniyyətlə seçki məntəqələrinə gedirlər, səs verirlər. Bu, doğurdan da digər illərdən fərqli olaraq çox böyük, möhtəşəm seçkidir”, - K. Heydərov vurğulayıb.
Şəhriyar Səmədov