Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

11 Şub 09:19Manşet / İdman

Avstraliyada 16 xokkeyçi zəhərlənib

Avstraliyanın cənubunda ən azı 16 xokkeyçi dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Melburn və Adelaida xokkey komandalarının oyunçuları “Adelaide Ice Arena”da keçirilən oyundan sonra dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər idmançıların buz təmizləyən maşının çənlərindən maye sızması nəticəsində xəsarət aldıqlarını müəyyən ediblər.
Cənubi Avstraliya Təcili Yardım Xidmətinin sözçüsü açıqlamasında bildirib ki, bütün zərərçəkənlər Adelaida Kral Xəstəxanasına çatdırılıblar.
Mənbə: Oxu.az