Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır”
Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar
Azərbaycançılıq idealogiyasının yaradıcısı və banisi Ulu Öndər Heydər Əliyev Azərbaycanda güc strukturunu yaratmışdır -Könül Nəbizadə
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
İki azyaşlının ağır xəstəlikdən əziyyət çəkən anasının sizin dəstəyinizə ehtiyacı var
Qan xərçəngindən əziyyət çəkən gənc ana Aysel Ramazanovanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun həyat yoldaşı Anar Ramazanov məlumat verib.
O bildirib ki, həyat yoldaşı artıq altı ildir ki qan xərçəngindən əziyyət çəkir.
“Ayselin 28 yaşı olanda onun qan xərçəngindən əziyyət çəkdiyini öyrəndik. Həmin gündən müalicələrə başladıq. Gəzmədiyimiz həkim, getmədiyimiz klinika qalmadı. Son çarə kimi bizi Rusiyaya yönləndirdilər. Yoldaşım orada bir neçə il ardıcıl müalicə alıb. İndi isə onun ilik nəqli əməliyyatı keçirməyə ehtiyacı var. Donoru öz bacısı olacaq”.
Anar Ramazanov əməliyyat üçün lazım olan məbləğin bir hissəsini topladıqlarını deyib.
“Yoldaşım Türkiyədə yerləşən xəstəxanalardan birində bu əməliyyatı keçirəcək. Əməliyyat üçün lazım olan 102 200 dolların, 52 200 dollarını toplaya bilsək də, qalan məbləği toplamaq üçün imkanımız çatmır. Bizim iki azyaşlı övladımız var. Ayselin yaşaması bizim üçün, övladlarımız üçün çox vacibdir. Aysel çox gəncdir, ömrünün ən gözəl çağlarını bu xəstəliklə mübarizədə keçirib. Yardımsevər şəxslərdən mənim yoldaşıma dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (055) 274-91-31.
Kapital Bank: 4169 7388 6178 1395.