Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

01 Mrt 07:40Manşet / Kriminal

25 manatlıq hesaba görə tanışını bıçaqlayan şəxsə hökm oxundu

 

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Vüsal Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə ötən il, saat 3 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Bahar” adlı kafedə qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Vüsal Babayev həmin kafedə qardaşı, tanışları və zərərçəkmiş Fərrux Habilovla (şərti) birlikdə spirtli içkilər qəbul edib. Oradan getmək istədikləri vaxt isə əvvəldən aralarında olan razılaşmaya baxmayaraq, zərərçəkmiş şəxs 25 manatlıq hesabı ödəməyəcəyini bildirib. Buna görə də təqsirləndirilən şəxs kafedən çıxıb Fərruxu çölə çağıraraq küçədə onunla mübahisə edib. Mübahisə zamanı o, bıçaqla zərərçəkmişin qarın nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq, ona bədən xəsarəti yetirib.

Hadisədən sonra Vüsal Babayev cinayət məsuliyyətinə cəlb edilib.