“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Könül Nəbizadə- cinayət və cinayətkarlıq doğuşdan bir şəxsiyyət xüsusiyyəti deyil
“İnsanın kriminogen fəallığı onun aşağı emosional sabitliyi, yüksək impulsivliyi, aqressivliyi, sosializasiyanın lazımi səviyyədə olmaması ilə bağlıdır”- Könül Nəbizadə
Müasir cəmiyyətin gələcək inkişafının sosial bazasını yetkinlik yaşına çatmayan şəxslər təşkil edir. Bu amili nəzərə alaraq uşaqların sağlam mühitdə böyüməsi, layiqli vətəndaş kimi yetişməsi və tərbiyə olunması dövlət siyasətinin bir hissəsi olaraq əsas ünsürlərdən biri hesab olunur.
Sağlam mühitin, layiqli vətəndaş kimi yetişmə və tərbiyə olunmanın təmin edilməsi üçün vacib istiqamətlərdən biri də yetkinlik yaşına çatmayanların kriminal davranışlarının öyrənilməsi və bu neqativ halın aradan qaldırılması yollarının müəyyən edilməsidir.
Yetkinlik yaşına çatmayanların kriminal davranışı anlamaq, xüsusilə ciynayətkarın hər hansı davranışını qiymətləndirmək üçün ilk öncə cinayətkarın şəxsiyyətinin öyrənilməsi, törətdiyi əməlin mənəvi, psixoloji və hüquqi meyarda verdiyi zədələrin hansı səviyyədə mövcudluğunu nəzərə almaq lazımdır. Bu davranışlar dəyən zərərin formasından, miqdarından, davametmə müddətindən və s. kimi amillərin nisbətindən asılı olaraq hər cür mənəvi, psixoloji, cinayi-hüquqi qiymətləndirməyə əsaslanaraq bir-birinə bənzəməyən fərqli hüquqi növləri əhatə edir.
Şəxsiyyət insan davranışının dərk olunmasının əsas vasitələrindən biridir. Dünyaya fərd kimi gələn insan fəaliyyətə, özünü dərketməyə qadir olandan sonra şüurlu şəxsiyyətə çevrilir .Şəxsiyyətin məzmunu insanın fiziki xüsusiyyətləri ilə yox, sosial keyfiyyətləri ilə bağlıdır. Psixoloqların əksəriyyətinin fikrincə, şəxsiyyətin əsas göstəricisi, onun təşəkkülünün başlanğıcı insanın öz “mən”ini “qeyri mən”dən seçməsidir.
Şəxsiyyət insanın sosial keyfiyyətinin təzahürüdür.Bu keyfiyyət insan anadan olduğu andan yox ictimai münasibətlərin axarında formalaşır.
Cinayət - insanın ictimai bir varlıq olması və fərdin cəmiyyətlə qarşıdurması səbəbiylə keçmişdən mövcud olan və gələcəkdə də davam edəcək bir faktdır. İnsan , cəmiyyət içində yaşayaraq, özünü müşahidə edərək və məhdudlaşdıraraq cəmiyyətin bir üzvü olarkən bir tərəfdən mədəniyyətin, sivilizasiyaların inkişafına kömək olarkən digər tərəfdən cəmiyyət tərəfindən qəbul edilməyən davranışların da ortaya çıxmasına gətirib çıxarır,
Cinayətkarlıq tərifi bir-birindən çox fərqli faktları əhatə edir. Biletini ödəmədən qatara minən də, oğurluq edən və adam öldürən də günahkardır.
Cinayət anlayışı, cəza hüququnda göstərildiyi kimi qanunun cəzalandırdığı hərəkət olaraq ələ alına bilməyəcək qədər mürəkkəb və çox istiqamətlidir. Cinayətkarlığa psixoloji, sosioloji, iqtisadi və hüquqi istiqamətləri əhatə edəcək bir anlayışla baxmaq lazımdır.
Psixologiyada illər boyu aparılan araşdırmalar göstərmişdir ki, xüsusilə inkişaf dövrlərində insanın içində yaşadığı şərtlərin onun necə bir insan olacağına, şəxsiyyətinə böyük ölçüdə təsir edir. Bu səbəblə günahkar kimdir?-qiymətləndirməsini edərkən fərdin cinayətini yalnız onun fərdi bir vəziyyəti olaraq qiymətləndirmək, içində yetişdiyi mənfi ictimai şərtləri göz ardı etmək, bu günün elmi anlayışına görə qeyri-mümkündür. Bu səbəblə cinayətkarlığın qiymətləndirilməsində bu vəziyyəti hazırlayan mənfi ictimai ətrafın da nəzərə alınması lazımdır.
Cinayətkarın şəxsiyyəti- fərdin bu və ya digər cinayət əməlini törətməsini şərtləndirmiş tipoloji keyfiyyətlərin məcmusu başa düşülür. Cinayətkarın şəxsiyyəti anlayışı özünə biofizioloji, sosial-demoqrafik, sosial-psixoloji, intellektual, emosional, iradi, eləcə də funksional əlamətlərin kompleksini daxil edir
Tədqiqatlar göstərir ki, cinayətkarlar arasında qadınlara nisbətən kişilər üstünlük təşkil edir. 25-29 yaşlı şəxslər daha çox kriminogen fəallığa malik olur. Onların ardınca 18-24, 14-17, ən nəhayət 30-35 yaşlı şəxslər gəlir. Qətl, sağlamlığa xəsarət yetrimək, soyğunçuluq, oğurluq, xuliqanlıq 30 yaşına qədər şəxslər tərəfindən törədilir. Əksər müəlliflər fikrincə gənclərin kriminogen fəallığı onların aşağı emosional sabitliyi, yüksək impulsivliyi, aqressivliyi, sosializasiyanın lazmi səviyyədə olmaması, sabit həyat planlarının olmaması ilə bağlıdır. Cinayət törədənlərin ümumi təhsil səviyyəsi bir qayda olaraq aşağıdır. Zorakı və zorakıtamahkar cinayətlər törədən şəxslərin təhsil səviyyəsi aşağıdır. Təhsil səviyyəsi nisbətən yüksək olan şəxslərin arasında daha çox vəzifə cinayətlərinin törədilməsi üstünlük təşkil edir
Psixoloji vəziyyətə görə şəxsin cinayətə nə qədər meylli olduğunu təyin etmək bəzən mümkün olur. Müasir qatilin psixoloji xarakteristikasını verib. Mütəxəssisin sözlərinə görə, cinayətkar psixologiyası onun məşğul olduğu ixtisasdır. Ancaq bəzən məhz bu işlə məşğul olduğuna görə çox narahat olur və peşmanlıq hissi keçirir
Qanunsuz əmələ əl atan bütün insanlarda xarakterin bəzi cəhətləri eyni olur və bənzər davranışlar sərgilənir. Bura aqressivlik, ictimaiyyətdən qopma və cəmiyyəti ittiham etmə, insanlara və hökumətə qarşı nifrət, düşmənçilik, gələcək hadisələri proqnozlaşdırmamaq kimi xüsusiyyətlər özünü göstərir. Cinayətkarlar özlərini çox zaman başqalarından ayırır və onlara qarşı dayanırlar. Ancaq törədilən cinayətin xarakterindən asılı olaraq münasibətlər də dəyişir
Cinayi davranışı anlamaq, xüsusilə ciynayətkarın hər hansı davranışını qiymətləndirmək üçün ilk öncə cinayətkarın şəxsiyyətinin öyrənilməsi, törətdiyi əməlin mənəvi, psixoloji və hüquqi meyarda verdiyi zədələrin hansı səviyyədə mövcudluğunu nəzərə almaq lazımdır. Bu davranışlar dəyən zərərin formasından, miqdarından, davametmə müddətindən və s. kimi amillərin nisbətindən asılı olaraq, hər cür mənəvi, psixoloji, cinayi-hüquqi qiymətləndirməyə əsaslanaraq bir-birinə bənzəməyən fərqli hüquqi növləri əhatə edir. Məsələn: qəsdən adam öldürmə, oğurluq, təcavüz, hərbi və dövlət əhəmiyyətli sirlərin açıqlanması, təhlükəsizliyin pozulması və s. kimi cinayi əməllərin həyata keçirilməsi. Məlum olduğu kimi, cinayi davranışa ümumi izahlı sxem kimi yanaşdıqda burada hər bir törədilən əmələ görə fərqli cəza növünün təyin olunması nəzərdə tutulur. Buna görə də cinayi davranışın ümumi təhlili zamanı cinayi əməlin başvermə səbəbləri daha dərin təhlili olunmalıdır. Cinayi davranışların fərdi növləri arasında daha geniş yayılanı tamahkar və zorakı məqsədlə törədilən cinayi davranışlardır. Ümumiyyətlə götürsək, tamahkar tip cinayətlər tamah məqsədilə törədilsə də zorakı tip cinayətlərin motivi rolunda isə təcavüz, xuliqanlıq, intiqam və digər oxşar subyektiv səbəblər dayanır. Ümumiyyətlə götürsək, tamahkar tip cinayətlər tamah məqsədilə törədilsə də zorakı tip cinayətlərin motivi rolunda isə təcavüz, xuliqanlıq, intiqam və digər oxşar subyektiv səbəblər dayanır. Bundan əlavə, eqoist motivlər də ola bilər ki, bu da öz-özlüyündə qeyri-qanuni yolla hədəfə çatma yolları ola bilər. [6 ]. Bir şəxsin ictimai tipik əlamətləri müəyyən həyat tərzində ifadə olunur. Sosial tipli şəxsiyyət kimi cinayətkar digər sosial növlərin nümayəndələrindən fərqlənir ki, bu da sosial cəhətdən təhlükəli şəxslər olmaları ilə izah olunur. Beləliklə, şəxsiyyətin bir növü kimi, cinayətin şəxsi strukturunda cinayi davranışın psixoloji şərtləri olan elementlər mövcuddur. Cinayətin şüurlu və şüursuz səviyyədə törədilməsi, cinayət motivləri və s. kimi xüsusiyyətlər əsas götürülür.
Cinayət və cinayətkarlıq doğuşdan bir şəxsiyyət xüsusiyyəti deyil . Cinayətkar, böyük ölçüdə mənfi inkişaf şəraitində yetişmiş, insan olaraq layiq olduğu dəyər və diqqəti almamış bir adamdır. Cinayət işləyənlərin məsuliyyəti böyük ölçüdə ekoloji və ictimai şərtlərdən asılıdır . Bu səbəblə cinayətkarları özündən və cəmiyyətdən kənarlaşdırmaq, onlara düşməncə duyğular bəsləmək və onlardan nifrət etməklə biz ona ağıdıcı zərbə vura bilərik, buna görə də cinayətin törədilməsindəki alt səbəbləri araşdırmaq, gələcəkdə cinayəti yaradan və cinayətkarı yetişdirən psixoloji mühiti saglamlaşdırmaq, onları gələcəkdə cəmiyyətə qazandırma yollarını daha da axtarışına çıxmalıyıq .
Nəbizadə Könül Faxrəddin qızı