Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Bugün, 08:30

Neftimiz bahalaşdı

Yenidən trilyonçu oldu
6-10-2026, 13:11

Yenidən trilyonçu oldu

07 May 06:16Manşet / Kriminal

Biləsuvarda iki gənc bıçaqlandı - Birinin vəziyyəti ağırdır

bilesuvarda-iki-genc-bicaqlandi

Biləsuvar rayonunda bıçaqlanma olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakini, 2003-ci il təvəllüdlü Rəhimli Kənan Ramil oğlu və 2006-ci il təvəllüdlü Şahbazov Tərlan Niyamədddin oğlu bıçaqlanıb.

Hər iki gənc rayon xəstəxanasına çatdırılıb.

Boğaz nahiyəsindən ağır bıçaq yarası alan K.Rəhimli dərhal rayon xəstəxanasında əməliyyata alınıb.

İlkin məlumata görə, gənclərə bıçaq xəsarəti eyni şəxs tərəfindən vurulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov