Menu
Xəbər Lenti
Güclü külək əsir
Bugün, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
Bugün, 10:10

Neftimiz ucuzlaşdı

Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

08 Mrt 08:16Manşet / Gündəm

Hikmət Hacıyev 8 Mart təbrikini Azərbaycanın qadın minatəmizləyənlərinə həsr edib

 

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

H.Hacıyev paylaşımını işğaldan azad edilən ərazilərimizdə minatəmizləmə işi ilə məşğul olan qadınlarımıza həsr edib.

“Humanitar minatəmizləmə ilə məşğul olan, minalanmış tarlalarda öz həyatlarını təhlükəyə ataraq, torpaqlarımızı Ermənistanın əkdiyi “ölüm toxumu”ndan qarış-qarış təmizləyən və bununla da insanların həyatını xilas edən Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Bir insanın həyatını xilas etmək dünyanı xilas etmək deməkdir!” - deyə H.Hacıyev paylaşımında qeyd edib.

Bizimlə əlaqə saxlayın