Menu
Xəbər Lenti
Evində yıxılıb öldü
19-08-2025, 11:26

Evində yıxılıb öldü

Zelenski Vaşinqtondadır
18-08-2025, 09:39

Zelenski Vaşinqtondadır

33 il tədavüldə...
15-08-2025, 10:01

33 il tədavüldə...

16 Mrt 08:20Manşet / Gündəm

Cozef Bayden İlham Əliyevi təbrik edib

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc, firavan və sevincli keçməsini diləyirəm.

Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün sizinlə birgə çalışmağı arzu edirəm.

Novruz bayramınız mübarək!”