Ağsu rayonunda yas mərasimləri zamanı ehsan süfrəsi artıq bir-neçə ildir ki, ləğv olunub
Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir
İƏT-in Əmək Mərkəzi və Konfederasiya arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub
AZAL təyyarəsinin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra "Kover" əməliyyatı barədə məlumat verilib
“Crocus City Hall”dakı terrorla bağlı məhkəməyə çıxarılan şəxsdən ETİRAF
Rusiyanın Moskva vilayəti yaxınlığında “Crocus City Hall” konsert zalında törədilən terror aktı işi üzrə ittiham edilən doqquzuncu şəxs təqsirini qismən etiraf edib.
Bu barədə təqsirləndirilən şəxsin vəkili Marqarita Xoreva məlumat verib.
“O, təqsirini qismən boynuna alıb, daha çox məlumat verə bilmərəm, məndən məlumatların açıqlanmaması ilə bağlı iltizam alınıb”, - deyə vəkil bildirib.
Qeyd edək ki, daha əvvəl “Crocus City Hall”da terror aktı ilə bağlı iş üzrə doqquzuncu şəxs olan Nazrimad Lutfulloi Moskvanın Basmannı Məhkəməsinə çıxarılıb. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci - “Terror aktı” maddəsi üzrə ittiham irəli sürülüb.
Mənbə: TASS
18:56
“Crocus City Hall”da terror aktı ilə bağlı iş üzrə doqquzuncu şəxs Nazrimad Lutfulloi Moskvanın Basmannı Məhkəməsinə çıxarılıb.
Nazrimad Lutfulloi 1 yanvar 2000-ci ildə Tacikistanda anadan olub, subaydır, övladı yoxdur. Ali təhsillidir, lakin hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxslə tərcüməçi vasitəsilə ünsiyyət qurulur.
Məhkəmə terror aktı işi üzrə doqquzuncu şəxsin həbsi ilə bağlı iclası yekunlaşdırıb.
Lutfulloiyə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci - “Terror aktı” maddəsi üzrə ittiham irəli sürülüb.
Mənbə: İzvestiya.ru