“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
ZƏFƏRİMİN ARAZI
Gəzirəm diyar- diyar,
Əsərlər yaza-yaza,
Misralar həsr edirəm,
İndi Şəhid Araza.
Vətən adı gələndə,
İrəli addım atdı,
Döyüşlər başlayanda,
Suqovuşana çatdı.
Əsgərin arzusuydu,
Çatsın haya-haraya,
Bu gündə məlhəm olsun,
Sağalmayan yaraya.
Vətənimin yarası,
Sağalmırdı illərdir,
Vətənə bağlı olan,
Ürəklərdir-əllərdir.
Cəbhələri gəzirəm,
Əsərlər yaza-yaza,
Sonsuz dastan bağlaram,
Əziz Şəhid Araza.
Ey əziz-Şəhid Araz!
Şirin canından keçdin,
Ana Vətən uğrunda,
Ölüm şərbətin içdin.
Qərinələr keçsə də,
Adın dillərdə gəzər,
Xatirənə yas tutar,
Hər bir zaman Göy Xəzər.
Əməlinlə yaşatdın,
Qəhrəmanın izini,
Lənkəran bəxş eylədi,
Bu cahana Həzini.
Tərtərdən axan sular,
Adına ağı deyir,
Azad Suqovuşanım,
Qüssə libasın geyir.
Şərəfli xidmət yolun,
Nə tükənir, nə bitir,
Çiçəklərdən yayılır,
Hər yana müşkül-ətir.
Qanınız suvarıbdır,
Bu torpağı, bu yeri,
Qəhrəmanlıq qalıbdır,
Şəhid Arazdan geri.
Yaz gələndə çiçəklər,
Burda gələcək dilə,
Qanla suvarılıbdır,
Dərilib gəlməz ələ.
Düzlərdə bitən lalə,
Ətrin yaman yayılır,
Hər ləçəyin, hər xalın,
Şəhid Qanı sayılır.
Sən şairi bağışla,
Ey qəhrəman Xan Araz!
Qulağıma gələn səs,
Qeybdən deyir, əsər yaz.
Böyük əsər yazaram,
Canım qurban edərəm,
Döyüşdüyün yerlərə,
Dərviş olub gedərəm.
Şair Qurban Hüseyn