Xəbər Lenti
1-06-2026, 19:36
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
30-05-2026, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 15:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Şəhid Polkovnik övladından atası ilə bağlı təsirli PAYLAŞIM

23 noyabr 2020 ci ildə Suqovuşan ərazisində minaya düşərək şəhid olan Polkovnik, Azərbaycan Silahlı Qüvvələrinin Ordu Korpusunun Komandir müavini – Qərargah rəisi Babək Səmidlinin oğlu Mətləb Səmidli özünün facebook hesabında atası ilə bağlı təsirli paylaşım edib.
Şəhid övladının atası haqqında yazdığı statusu olduğu kimi təqdim edirik:
“Ruhun şad olsun igid, qəhraman atam. Səninlə hər zaman fəxr etmişəm. 22 Noyabr gecə saatlarında evə gəlmişdin. Şəhid olan əsgərlərin və dostların üçün çox darıxdığını və hər zaman olduğu kimi yenədə şəhid olmaq arzunu dilə gətirmişdin. Arzusuna çatan qalib ordunun “Zəfər” ordenli, Suqovuşan fatehi ləqəbli Şəhid Polkovnik Babək Səmidli”.























































