Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

18 Nis 07:56Manşet / Gündəm / İdman

ÇL: “Mançester Siti” - “Real Madrid” cütünün taleyini “lotereya” həll etdi

 

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Oxu.Az xəbər verir ki, gecənin maraqlı oyunlarından biri İngiltərədə baş tutub.

“Etihad” stadionunda “Mançetser Siti” İspaniya nəhəngi “Real Madrid”lə üz-üzə gəlib.

Xatırladaq ki, bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb. Cavab matçında da tərəflər hərəyə bir qol vurduğundan (1:1, ümumi hesab 4:4) əlavə vaxta ehtiyac yaranıb.

Lakin bu da nəticə vermədikdə, qalibi “lotereya” müəyyən edib. Penaltilərdə daha dəqiq olan kral klubu (3:4) yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, gecənin digər oyununda “Bavariya” “Arsenal”ı minimal hesabla məğlub edərək (ilk oyun 2:2) yarımfinala adını yazdırıb.

Qeyd edək ki, “Bavariya” və “Real Madrid” yarımfinalda rəqib olublar. Digər yarımfinalda isə PSJ və “Borussiya” qarşılaşacaqlar.