Xəbər Lenti
1-07-2026, 11:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
1-07-2026, 11:16
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
30-06-2026, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
ABŞ Çin sərhədlərinin yaxınlığında böyük hərbi təlimlərə başlayıb
ABŞ və Filippin Cənubi Çin Dənizində artan gərginlik fonunda “Balikatan 2024” hərbi təlimlərinə başlayıb.
“Balikatan 2024”ün sözçüsü Maykl Lokiqo vurğulayıb ki, hərbi təlimlərin məqsədi həqiqətən müharibəyə hazırlaşmaqdır.
“Burda gizlədilməli heç nə yoxdur. Ordunu hazırlamasaq, bu, ölkəyə xələl gətirəcək”, - deyə M.Lokiqo bildirib.
Filippin tərəfi qeyd edib ki, təlim ilk dəfə Filippin ərazi sularından kənarda, sahil zolağından təxminən 22 kilometr aralıda keçiriləcək.
Məlumatda, həmçinin qeyd olunub ki, mayın 10-dək davam edəcək təlimlərdə 11 minə yaxın amerikalı, 5 minə yaxın filippinli, o cümlədən Avstraliya və Fransa hərbçiləri iştirak edəcəklər.
Mənbə: Oxu.az




















































