Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

29 Nis 07:33Manşet / Gündəm

Günəş əleyhinə kremlər dəri xərçəngi yarada bilər - Həkimdən XƏBƏRDARLIQ

 

“Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dəri xərçəngi inkişaf edə bilər”.

Bunu rusiyalı kimyaçı, Biokimyəvi Fizika İnstitutunun biopolimerlərin funksional xassələri laboratoriyasının müdiri Mariya Semyonova bildirib.

“Fakt budur ki, Günəş əleyhinə kremlər dərini ultrabənövşəyi şüalardan qoruyur. Həkimlər həmçinin qorunmaq üçün geyim, papaq, günəş eynəyi kimi vasitələrdən istifadə etməyi məsləhət görürlər. Lakin digər tərəfdən, D vitamininin ciddi çatışmazlığı dərinin vaxtından əvvəl qurumasına və hiperpiqmentasiyasına, elastikliyini itirməsinə, qırışların yaranmasına, qızartılara səbəb olur”, - deyə o qeyd edib.


Həkim tövsiyə edib ki, xüsusilə payız-qış dövründə D vitaminini qidaya əlavə etmək lazımdır.

Mənbə: Oxu.az