Xəbər Lenti
23-11-2026, 07:48
Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 09:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
22 Mrt 08:35Manşet / Elm-təhsil
Novruz yeməklərindən istifadə zamanı gözlənilməli məqamlar
Novruz bayramında bir neçə çeşid xörək və şirniyyat bişirildiyindən sonrakı günlərdə də onlardan istifadə edilir. Həmin xörəklər bir neçə dəfə qızdırıldığından orqanizm üçün təhlükəli hesab olunur.
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Ülviyyə Cəlilova bu barədə danışarkən deyib: “Boyat qidaların istehlakı tövsiyə edilmir, xüsusilə bu, toyuq, göbələk, mayonezli məhsullara addir. Mayonezi daha çox qatıq, qatıqdan hazırlanmış sous, xama və kefirlə əvəz etmək məsləhət görülür. Boyat plovun istehlakı orqanizmdə ciddi fəsadlara səbəb olur, çünki düyünün tərkibində olan bakteriyalar bişirildiyi zaman məhv olmaya və onu yenidən qızdırarkən toksiki maddələr ifraz edilərək qida zəhərlənməsinə aparıb çıxara bilər”.
İsti yeməklərin dərhal soyuducuya yerləşdirilməsi rütubətin artmasına və qidaların tərkibində zərərli bakteriyaların yaranmasına yol açır. Xüsusən boyanan yumurtalarda kimyəvi maddələrdən istifadə olunması onun dərhal istifadəsini zəruri edir. Mütəxəssislərin dediyinə görə, bəzi qidalar var ki, onun istehlakı zamanı dad və qoxusundan qida zəhərlənməsinə səbəb olacağı hiss olunmur, çünki bəzi bakteriyalar özünü büruzə vermir.
Həkimlər deyirlər ki, normadan artıq şirniyyat qəbulu kökəlməyə və bəzi narahatlıqlara səbəb ola bilər. Həkim-diyetoloq Sevinc Həsənzadə deyib: “Şəkərburada ən azı 600, paxlavada 700 kalori var. Onun bir ədədini yeyəndən sonra kalorini sərf etmək üçün ən azından 90 dəqiqə yürüş etmək, 60 dəqiqə qaçmaq və yaxud 40 dəqiqə velosiped sürmək lazımdır. Buna əməl etmədikdə qəbizlik yarana və bağırsaqlarda fəsadlar baş verə bilər”.
Şirniyyatlarla bərabər təzə meyvə və çərəzlərin yeyilməsi gündəlik kalori qəbulunu artırır ki, bu da artıq çəkinin yaranmasına və piylənməyə gətirib çıxarır. Düzgün və balanslı yemək sağlam qidalanmanın əsas amillərindəndir.























































